Millət vəkili: Əhali manata görə narahat olmamalıdır

Millət vəkili: Əhali manata görə narahat olmamalıdır
20:18 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbirlər Maksim Tsurkov, Azad Həsənli/

Azərbaycan əhalisi dolların məzənnəsinin bahalaşması ilə əlaqədar təşvişə düşməməlidir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.

O, qeyd edib: "Faktiki olaraq nə baş verdi: insanlar manatı dollara və manatda saxlanılan əmanətləri xarici valyutaya dəyişməyə yönəldilər. Təbii ki, bu da manata təzyiq göstərir. Hesab edirəm ki, böyük həcmli əmanətləri həmişə üç valyutada - manat, dollar və avro - saxlamaq lazımdır ki, məzənnə dəyişəndə vəsait itirməyəsən".

Deputatın fikrincə, Azərbaycanda bir sıra postsovet ölkələrinin üzləşdiyi milli valyutanın ciddi devalvasiyasını gözləməyə dəyməz: "Manat uzun müddət möhkəmlənib və faktiki olaraq postsovet məkanında devalvasiyaya məruz qalmayan azsaylı valyutalardan biri olub".

R.Quliyev bildirib ki, Azərbaycan manatının sıçrayışla devalvasiyaya məruz qalması üçün heç bir şərait yoxdur: "Manatın məzənnəsinin zəifləməsi müəyyən müddət ərzində davam edəcək və cüzi olacaq".

O, əlavə edib ki, hökumətin manat kütləsini qarşılamaq üçün kifayət həcmdə qızıl ehtiyatları var: "İlin əvvəlindən Mərkəzi Bankın manatın məzənnəsinin qorunması üçün 1 milyarddan çox xərcləməsinə baxmayaraq, digər ölkələrdə olduğu kimi milli valyutanın məzənnəsinin zəifləməsini gözləməyə dəyməz. İndiki halda manatın sabitliyi ölkənin artan iqtisadiyyatı və qızıl ehtiyatları ilə möhkəmlənir".

Millət vəkili vurğulayıb: "Hazırda prioritet vəzifəmiz qeyri-neft sektoru və bu sektorun məhsullarının ixracıdır. Bu, istənilən halda manatın müəyyən zəifləməsinə gətirib çıxarmalı idi".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2366228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR