Tehranda kütləvi aksiya keçirilib

Tehranda kütləvi aksiya keçirilib
20:18 19 Fevral 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 19 fevral, AzərTAc 
Fevralın 19-da İsveçrənin Tehrandakı səfirliyinin qarşısında kütləvi aksiya keçirilib.
Aksiya iştirakçıları ABŞ-da qətlə yetirilən üç müsəlmanın qatilinin tapılmasını və islamafobiyaya son qoyulmasını tələb ediblər.
Bəzi aksiya iştirakçıları səfirliyə daxil olmağa çalışsalar da polis onların qarşısını alıb.
Xatırladaq ki, ABŞ-ın İranda səfirliyi olmadığı üçün bəzi danışıqlar və diplomatik yazışmalar İsveçrə səfirliyi vasitəsilə həyata keçirilir.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_kutlevi_aksiya_kechirilib-833497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR