Ölkənin bütün bölgələri kimi, Yardımlı rayonu da özünün yeni inkişaf dövrünü yaşayır

Ölkənin bütün bölgələri kimi, Yardımlı rayonu da özünün yeni inkişaf dövrünü yaşayır
20:18 19 Fevral 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+


Yardımlı, 19 fevral, Bağır Əliyev, AzərTAc
2014-cü ildə Yardımlı rayonunda 86 milyon 912 min manatlıq ümumi məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Bu müddətdə rayonda 319 daimi yeni iş yeri açılıb.
Bu barədə Yardımlı Rayon Mədəniyyət Evində 2014-cü ildə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, mədəniyyət evinin foyesində rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar.
Yığıncaqda qeyd olunub ki, ölkənin bütün bölgələri kimi, Yardımlı rayonu da özünün yeni inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda tikinti, abadlıq və quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi, körpülərin inşası, inzibati binaların, eləcə də yeni məktəb binalarının, bağçaların tikintisi və digər infrastruktur layihələrinin icrası uğurla həyata keçirilib.
Rayonun “Biləzəmi” adlanan ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə tam cavab verən 55 yerlik körpələr evi və uşaq bağçası, şəhərin Heydər Əliyev küçəsində rayon polis şöbəsi üçün yeni bina tikilərək istifadəyə verilib. Habelə idman kompleksinin, rayon icra hakimiyyəti və kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi davam etdirilib.
Diqqətə çatdırılıb ki, Yardımlı-Hamarkənd-Abbasabad, Yardımlı-Bozayran-Vərgədüz-Sırıq avtomobil yollarının Viləş çayı üzərindən keçən hissəsində yükgötürmə qabiliyyəti 100 ton olan və şəhərin Əsədabad və Ünəç küçələri arasında kiçik tutumlu maşınlar üçün körpülər inşa olunub. Yeni körpülərdən ümumilikdə 18 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisi istifadə edir.
Ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına uzunluğu 38 kilometr olan Yardımlı-Deman-Arvana və uzunluğu 15 kilometr olan Yardımlı-Hamarkənd–Abbasabad avtomobil yolu istifadəyə verilib.
“Sənaye ili”ndə rayonda limonad, kompot və mürəbbə istehsal edən müəssisə yaradılıb.
Yardımlı şəhərinə ümumi uzunluğu 67 kilometr olan su və 39 kilometr uzunluğunda kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Bildirilib ki, rayonunda iqtisadiyyatın dinamik inkişafı, sahibkarlığa geniş meydan verilməsi və yeni iş yerlərinin açılması əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olub.
Çıxış edənlər ötən il rayonun sosial-iqtisadi inkişafında əldə olunan uğurlarla yanaşı, mövcud problemlərdən də danışıb, müəyyən təkliflər veriblər.
Sonda hesabat yığıncağında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkenin_butun_bolgeleri_kimi_Yardimli_rayonu_da_ozunun_yeni_inkisaf_dovrunu_yasayir-833496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR