Remarkın sevgi haqda möhtəşəm sözləri

Remarkın sevgi haqda möhtəşəm sözləri
20:21 19 Fevral 2015
525 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az tanınmış alman yazıçısı Erix Maria Remarkın əsərlərindən seçilmiş sevgi haqda sitatları təqdim edir.

Dünyadakı ən kövrək şey – qadın sevgisidir. Bir səhv addım, söz, baxış və heç nəyi geri qaytara bilmirsən.

Ən güclü hiss – məyusluqdur. İnciklik, qısqanclıq, hətta nifrətdən sonra ürəkdə nəsə qalır, xəyal qırıqlığından sonra isə ancaq boşluqdur.

Üzr istəmək – o demək deyil ki, sən haqsızsan, qarşındakı haqlı. Bu, sizin münasibətinizin başqa şeylərdən daha dəyərli olduğunu göstərir.

“Mənim sevgilim” adlandırdığın insan “sənlə özünü yaxşı hiss edən” deyil, çox insanlar sənlə özünü yaxşı hiss edə bilər. Sənin sevgilin – “sənsiz pis olandır”.

Ürəyin kiməsə doğru meyllənirsə, mübarizə aparma. O bizə nəyin lazım olduğunu hamıdan yaxşı bilir.

Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz.

Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır.

Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır.

Ən güclü nifrət - kiminsə qəlbinə toxunmaq, sonrasa toxunduğun qəlbə tüpürüb getməkdən doğur.

Demək istədiyin bu qədər şey olduğu halda söz tapa bilməmək necə də çətindir.

Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək.

Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.

Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar.

Üç günə səninlə canbirqəlb olmağı bacaranlar ola bilər. Amma illərdir yanında yaşayan insan sənin hansı rəngi sevdiyini belə bilməz.

Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR