Bakı zooparkına yeni heyvanlar gətiriləcək

Bakı zooparkına yeni heyvanlar gətiriləcək
20:26 19 Fevral 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Heyvanat Parkına yeni heyvanların gətirilməsi ilə bağlı danışıqlar aparılır.

Bunu Bakı Heyvanat Parkının direktoru Azər Hüseynov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla bağlı Gürcüstan, Moldova və Rusiya zooparkları ilə müzakirələr aparılır.

"Hazırda Gürcüstan, Kişinyov, Moskvada müəyyən zooloji parklarla danışıqlarımız gedir. Konkret olaraq hansı heyvanların gətirilməsi hələlik dəqiq müəyyənləşdirilməyib. Müqavilə hazır olandan sonra bu haqda məlumat verəcəyik", - deyə Azər Hüseynov bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR