General-mayor Qorxmaz Qarayev: “Silahlı Qüvvələrdə görülmüş işlər ictimaiyyətin orduya inamını artırıb”

General-mayor Qorxmaz Qarayev: “Silahlı Qüvvələrdə görülmüş işlər ictimaiyyətin orduya inamını artırıb”
10:52 2 Yanvar 2015
1071 Sosial
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 10:51 ]

Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün 2014-cü ildə bir sıra əhəmiyyətli məsələlər həllini tapıb”. APA-nın "Azərbaycan Ordusu" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində keçirilmiş kollegiya iclasında müdafiə nazirinin müavini, general-mayor Qorxmaz Qarayev deyib.

 

Azərbaycan ordusunun maddi-texniki təminatının əhəmiyyətli dərəcədə gücləndiyini söyləyən general Q. Qarayev bildirib ki, Silahlı Qüvvələrdə qısa zamanda həyata keçirilmiş islahatlar, görülmüş işlər şəxsi heyətə yüksək əhval-ruhiyyə aşılamaqla yanaşı, ictimaiyyətin orduya inamını artırıb: "Bu gün idarəmizin tabeliyindəki hərbi bölmələrin şəxsi heyəti əvvəlki dövrlərlə müqayisədə xidmətə tələbkarlığı daha da artırıb”.

 

Nazir müavini ordunun döyüş qabiliyyətinin gücləndirilməsi məqsədilə müasir silah və texnikaların alındığını və bu məqsədlə aparıcı şirkətlərlə müqavilələrin imzalandığını diqqətə çatdırıb. General 2015-ci ildə də bu istiqamətdə mühüm işlərin davam etdiriləcəyini vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR