Əli Məsimli: "Bu il inflyasiya aşağı olacaq"

Əli Məsimli: "Bu il inflyasiya aşağı olacaq"
20:27 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

"2015-ci ildə Azərbaycanda inflyasiya aşağı səviyyədə olacaq və 5 faizi ötməyəcək". Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnə siyasətinin ölkədə istehlak qiymətlərinin artmasına təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, AMB düzgün siyasət yürüdə bilsə, inflyasiya 5 faiz olacaq: "Əks təqdirdə, bu göstərici 7-8 faiz səviyyəsinə çatacaq".
 
Ə.Məsimli qeyd edib ki, ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir: "Çünki manatın zəifləməsi nəticəsində malları istehsal etmək sərfəli olacaq və dünya bazarında yerli məhsulların rəqabət qabiliyyəti güclənəcək".
Deputat əlavə edib ki, manatın dollara nisbətdə məzənnəsinin yüksək olduğu dövrdə bir çox Azərbaycan məhsulu eyni keyfiyyətdə olan əcnəbi analoqları ilə müqayisədə daha baha qiymətə idi: "Buna görə də onların dünya bazarlarına çıxması çətinləşirdi, lakin manatın ucuzlaşması onları dünya bazarlarında əlçatan edir. Bununla belə, sahibkarlara xarici bazarlara çıxmaq üçün şərait yaratmaq lazımdır".
 
Qeyd edək ki, 4 gün ərzində (manatın zəifləməyə başlamasından) dollar) 0,17 faiz bahalaşaraq 0,7857 manata çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR