Keçmiş azərbaycanlı deputatın restoranları partladıldı

Keçmiş azərbaycanlı deputatın restoranları partladıldı
20:36 19 Fevral 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində keçmiş vilayət sovetinin azərbaycanlı deputatı, iş adamı Məmmədəli Gülməmməd oğlu Qaçayev itkin düşüb.

ANS PRESS xəbər verir ki, Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, ötən ay Krasnoarmeysk və Karlovka şəhərlərində Ukrayna vətəndaşı M. Qaçayevə məxsus kafe və restoranlar partladılıb.

Bir neçə gün sonra isə iş adamı itkin düşüb, indiyə qədər də ondan xəbər yoxdur.

Ş. Bəylərovun sözlərinə görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 70 yaşlı M. Qaçayev 40 ildən çoxdur, Ukraynada yaşayır və ölkənin ilk müstəqillik illərində vilayət sovetinin deputatı olub.

Ş. Bəylərov konqresin hadisə ilə bağlı Ukraynanın müvafiq orqanlarına məlumat verdiyini, M. Qaçayevin axtarışının aparıldığını bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=326857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR