Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur
20:38 19 Fevral 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+


Aşqabad, 19 fevral, AzərTAc
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə bu ölkədə qeyd edilən Diplomatlar Günü, Dövlət Bayrağı Günü, Türkmənistanın bitərəflik statusu əldə etməsinin 20 illiyi ilə əlaqədar “Türkmənistan” televiziya kanalına müsahibə verib.
Diplomat Türkmənistan rəhbərliyini və xalqını bayramlar münasibətilə təbrik edib, qədim ortaq tarixə və mədəni irsə malik olan Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf dinamikasının məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Dövlət Bayrağı Günü ilə əlaqədar paytaxt Aşqabadda ictimaiyyətin nümayəndələri, hökumət üzvləri və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Prezident Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Bayraq Meydanına əklil və gül çələngləri qoyublar. Səfir Vəhdət Sultanzadə də mərasimdə iştirak edib. Bu münasibətlə keçirilən tədbirlər çərçivəsində Azərbaycan səfiri dövlət konsertinə və Türkmənistan rəhbərliyi tərəfindən təşkil edilən rəsmi ziyafətə də qatılıb.
İlahə Əhmədova
AzərTAc-ın müxbiri
Aşqabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turkmenistan_munasibetlerinin_inkisaf_dinamikasi_memnunluq_dogurur-833512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR