İspaniyanın Navarra vilayəti Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaqda maraqlıdır

İspaniyanın Navarra vilayəti Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaqda maraqlıdır
20:38 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Pamplona, 19 fevral, AzərTAc 
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Navarra vilayətinə səfəri çərçivəsində vilayətin rəhbər strukturları və biznes qurumlarında bir sıra görüşlər keçirib.
Navarra vilayətinin Ticarət və Sənaye Palatasının sədri Xavyer Taberna Ximenez ilə görüşdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlardan bəhs edilib. Bildirilib ki, regionun aparıcı ölkəsi olan Azərbaycan iri investisiya layihələri həyata keçirir. Xüsusən, son illərdə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu, kənd təsərrüfatı sahəsində də özünü göstərir.
Xavyer Taberna Ximenez bildirib ki, rəhbərlik etdiyi quruma daxil olan şirkətlər əsasən iki istiqamətdə - kənd təsərrüfatı infrastrukturunun qurulması və alternativ enerji mənbələrinin yaradılması və istehsalı sahələrində uğurla fəaliyyət göstərir. Palata sədri bu sahələrdə Almaniya, Belçika, Fransa kimi ölkələrlə fəal biznes əlaqələrinin olduğunu qeyd edib və nəzərə çatdırıb ki, tərəfdaşlar sırasında Azərbaycanı da görmək maraqlı olardı.
Növbəti görüş Navarra vilayəti parlamentinin sədri Alberto Katalan Hiquerras ilə olub.
Görüşdə Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafı barədə məlumat verilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra səfir Altay Əfəndiyev Navarra hökumətinin rəhbəri xanım Yolanda Barcina Anqulo ilə görüşüb. Hökumət rəhbəri Azərbaycan və Navarra vilayəti arasında həyata keçirilə biləcək bütün iqtisadi layihələrə dəstək verəcəyini deyib.
Səfərin sonunda azərbaycanlı diplomat Navarra Universiteti və Klinikasında, həmçinin vilayətin aparıcı konsaltinq şirkətində olub.
Aygün Əliyeva
AzərTAc-ın xüsusi müxbiri
Pamplona


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyanin_Navarra_vilayeti_Azerbaycanla_iqtisadi_emekdasliq_qurmaqda_maraqlidir-833511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR