Hər dağılan ailə genofondumuza bir zərbədir

Hər dağılan ailə genofondumuza bir zərbədir
20:42 19 Fevral 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya əsasən, 2014-cü ildə Azərbaycanda boşanmaların sayı 2013-cü il ilə müqayisədə çoxalıb və 12,1 minə çatıb. Acınacaqlı göstəricidir. Yeni ailə qurulması nə qədər sevindirici hadisədirsə, cəmiyyətin kiçik özəyinin iflası bir o qədər sarsıdıcı və üzücüdür. Boşanmalar istər fərdlər, istərsə də ümumən cəmiyyət üçün ciddi fəsadverici amildir. Bu fəsadların sayı çoxdur. Amma zənnimizcə ailələrin dağılmasından ən böyük zərbəni uşaqlar alırlar.

Bu dünyada ilk addımlarını atan insanlar üçün ata və ana nəvazişi eyni dərəcədə əhəmiyyətlidir, onlar bir-birini tamamlayır. Bunlardan birindən məhrum olduqda isə uşaq ciddi problemlərlə üzləşir, müəyyən komplekslərlə böyüyür. Əlbəttə, bəzən valideynlərdən biri yeni ailə qurur və həyata yenidən başlayır. Uşaqların da ya ögey atası, ya da ögey anası olur. Amma aydın məsələdir ki, dünyanın heç bir digər sakini körpəyə doğma ata və doğma ana qədər əziz və sevimli ola bilməz. Peyğəmbərimizdən (s) belə bir hədis nəql olunur ki, bir gün Həzrətdən soruşdular: “Nə üçün övladlarımız bizi biz onları sevdiyimiz qədər sevmirlər?”. Rəsulullah (s) buyurdu: “Çünki onlar bizdəndirlər, biz isə onlardan deyilik”. Bu hədis hətta övladın valideynə qarşı məhəbbətinin ata-ananın ona bəslədiyi məhəbbətin kölgəsində qaldığını sübut və izah edir. O ki qaldı ögey valideyn ola!

Yuxarıda qeyd etdiyimiz kimi, valideynlərinin hər ikisinin məhəbbətindən eyni dərəcədə yararlanmayan övlad böyüdükdə həm şəxsi, həm də ictimai həyatda ciddi problemlərlə üzləşə bilər. Sirr deyil ki, sonradan cinayət törədən və dəmir barmaqlıqlar arxasına düşənlərin böyük əksəriyyəti uşaq yaşlarında ailələrində xoş güzəran görməyənlərdir. Odur ki, toxunduğumuz problem həm də cəmiyyətimizin sabahına atılan bir daşdır. Bunu hər kəs anlamalıdır, müvafiq strukturlar isə üzərlərinə düşən vəzifələri layiqincə icra etməlidirlər. Unutmaq olmaz ki, hər dağılan ailə dolayısı ilə xalqımızın, millətimizin genofonduna vurulan növbəti zərbədir.

İslam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR