Ötən il Ağcabədidə məhsul buraxılışının həcmi 11,5 faiz artıb

Ötən il Ağcabədidə məhsul buraxılışının həcmi 11,5 faiz artıb
20:43 19 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 19 fevral, AzərTAc
Ötən il Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 312.272,1 min manat olub. Bu, 2013-cü illə müqayisədə 11,5 faiz çoxdur.
AzərTAc xəbər verir ki, Ağcabədidə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə 19.806,4 min manatlıq sənaye, 114.183,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 122.604 min manat investisiya yönəldilib. 2013-cü illə müqayisədə sənaye məhsulları istehsalı 40,6 faiz, kənd təsərrüfatı istehsalı 18,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 0,4 faiz artıb.
2014-cü ildə Ağcabədi şəhərində geniş abadlıq işləri aparılıb. Prospekt və küçələrə 49 min 820 kvadratmetr asfalt örtüyü salınıb, 21 min 377 kvadratmetr tamet döşənib, 188 ədəd yeni işıq dirəyi quraşdırılıb. Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Taynaq kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binaları tikilib, Kürdlər kənd tam orta məktəbinin binası əsaslı təmir edilib. Rayonun 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Minəxorlu-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərarası avtomobil yolunun və Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Yanğından Mühafizə Bölməsi üçün inzibati binanın inşası başa çatıb. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsi qazlaşdırılıb.
Hazırda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir, rayon tarix-diyarşünaslıq muzeyi əsaslı təmir olunur. Müasir çörək zavodunun, 4 saylı körpələr evi-uşaq bağçasının yeni binasının, Rəncbərlər kənd ərazisində 5000 tonluq soyuducu anbarın tikintisində tamamlanma işləri aparılır.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Agcabedide_mehsul_buraxilisinin_hecmi_115_faiz_artib-833514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR