Ekspert: Qərbin diqqətini Qarabağa yönəltməyin əsl vaxtıdır

Ekspert: Qərbin diqqətini Qarabağa yönəltməyin əsl vaxtıdır
20:48 19 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir, Yelena Kosolapova/

Regionda baş verən geosiyasi hadisələri nəzərə alsaq, hazırda Qərbin diqətini Dağlıq Qarabağ probleminə yönəltməyin əsl vaxtıdır. Bunu Trend-ə Böyük Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman deyib.

Onun sözlərinə görə, Qərb jurnalistlərini mövcud vəziyyətlə tanış etmək lazımdır: "İndi Xocalı qırğınının ildönümü ərəfəsində Krımdakı hadisələri də nəzərə almaqla belə fəaliyyətlər üçün çox uyğun məqamdır".

Z.Norman etiraf edib ki, Qərb ərazi bütövlüyü məsələsində Ukraynanı tam dəstəkləməklə və bu məsələdə Azərbaycana lazımi dəstək verməməklə həqiqətən də ikili standartlar tətbiq edir: "Bunun yarısını erməni lobbisinin güclü təsiri ilə izah etmək olar".

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yubanmalara yer yoxdur: "Qoşunların təmas xəttindəki gərginliyi və Rusiyanın geosiyasi manevrlər etməsini nəzərə alsaq, hazırda bu istiqamətdə addımlar atmaq üçün mühüm məqamdır. Regionda zorakılıq birmənalı olaraq Qərbin maraqlarına uyğun deyil".

Ekspert hesab edir ki, Qərb Dağlıq Qarabağ problemi barədə az məlumatlıdır: "Bu problem bizim KİV-lərdə çox az işıqlandırılır. Qərbin bu problemin vacibliyini başa düşməsi və onun həlli üçün addımların zəruriliyini dərk etməsi üçün birgə layihə təşkil etmək lazımdır. Layihəyə London, Brüssel, Bakı və ola bilsin, İstanbuldakı görüşlər və məqalələr daxil ediləcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR