Sabirabadda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

20:48 19 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Sabirabad, 19 fevral, AzərTAc
Fevralın 19-da Sabirabad Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Sonra rayonda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsulları sərgisinə, habelə rayonun sosial-iqtisadi həyatından bəhs edən filmə baxış keçirilib.
Yığıncaqda bildirilib ki, hesabat ilində rayonda istehsal edilən kənd təsərrüfatı məhsulunun həcmi 2013-cü illə müqayisədə 9 faiz artıb. Sənaye məhsulunun istehsalında isə 20,8 faiz artım qeydə alınıb. Əsas kapitala yönəldilən xərclərin həcmi 47 milyon 886 min manat təşkil edib. Rayonda, həmçinin geniş tikinti-quruculuq və abadlıq işləri də aparılıb.
Hesabat dövründə şəhərdə Heydər Əliyev Mərkəzi, “ASAN xidmət”in dördmərtəbəli inzibati binası istifadəyə verilib. Sabir adına məktəb üçün yeni bina, uşaq bağçası və körpələr evi inşa edilib. 500 yerlik mədəniyyət sarayı əsaslı təmir olunub və ərazisi abadlaşdırılıb. Ötən il istifadəyə verilən istixana kompleksində 100 nəfər işlə təmin edilib. Kür çayı üzərində tikilən nəhəng körpünün tikintisi başa çatıb.
Qeyd edilib ki, hazırda şəhərdə 20-yə yaxın evin dam örtüyü, qapı və pəncərələri dəyişdirilir, fasadları yenilənir və müasir görkəmə salınır. Heydər Əliyev prospektində və 20 Yanvar küçəsindəki binalarda əsaslı təmir işləri görülür.
Rayonun yol infrastrukturu da yenidən qurulub. Ötən il 12 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğu olan Nizami- Əlləmbəyli-Azadkənd-Sərxanbəyli avtomobil yolu istifadəyə verilib. Hazırda Şirvan-Həşimxanlı-Sabirabad yolunun və Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad—Nərimankənd-Həşimxanlı kəndlərini birləşdirən yolların tikintisi davam edir. Yaxın vaxtlarda Şirvan-Noxudlu-Salyan yolunun inşasına başlanılacaq.
Hesabat yığıncağında rayonda əhaliyə göstərilən poçt-rabitə xidmətinin, təbii qaz və elektrik enerjisi təminatının səviyyəsi, bu sahədə həyata keçirilən tədbirlər müzakirə edilib.
Yığıncaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabirabadda_oten_ilin_yekunlari_ve_qarsida_duran_vezifeler_muzakire_olunub-833515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR