Güləşçilərimiz ilk dəfə - FOTO

Güləşçilərimiz ilk dəfə - FOTO
20:52 19 Fevral 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.
 
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri də iştirak edirlər.
 
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıblar.
 
İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.
 
Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq.

Azərbaycan-İran 6:2
59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0

Azərbaycan-Almaniya 7:1
59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0

Azərbaycan-İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR