Ultra HD Blu-ray gəlir

Ultra HD Blu-ray gəlir
20:57 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Blu-ray Disc Association təşkilatının rəhbərliyi təsdiqləyib ki, Blu-ray disklərinin yeni formatı Ultra HD Blu-ray adlanacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, cari ilin ortalarında yeni formatın lisenziyalaşdırılmasına başlanılacaq. Assosiasiyadan hesab edilir ki, ilk Ultra HD Blu-ray diskləri ilin sonunadək hazır olacaq. Xatırladaq ki, CES 2015 sərgisində Panasonic şirkəti 4K və HDR təsvir ölçülü videoları dəstəkləyən dünyanın ilk Blu-ray disk oxuducusunu nümayiş etdirib.
 
Yeni format saniyədə 60 kadr sürətlə 3840x2160 piksel təsvir ölçülü videonu göstərə bilər və HDR texnologiyası təsvirin kontrastlığının artımı üçün nəzərdə tutulub.
 
Formatın özünə gəlincə, HEVC (High Efficiency Video Coding) və ya H.265 kodekindən istifadə olunur və axının sürəti 100 Mbit/s-yə çatır. Axının yüksək sürəti və onunla bağlı təsvirin yüksək keyfiyyətini Ultra HD Blu-ray formatının axın yayımı xidmətləri üzərində üstünlüklərindən biri kimi hesab etmək olar.
 
Diskin həcmi hələ açıqlanmayıb. Gözlənilir ki, disklər ikiqatlı (66 QB) və üçqatlı (100 QB) olacaq.
 
Ultra HD Blu-ray disklərinin oxudulması üçün yeni oxuducular lazımdır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR