Britaniya sahilində Rusiya hərbi təyyarələri

Britaniya sahilində Rusiya hərbi təyyarələri
21:12 19 Fevral 2015
215 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya Müdafiə Nazirliyi deyib ki, RAF qırıcı təyyarələri çərşənbə günü səfərbər edilib.

Milli.Az BBC-yə istinadən bildirir ki,Britaniyanın Cornwall yarımadası yaxınlığında Rusiyaya məxsus iki hərbi təyyarə müşahidə edilib.
Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələri bu səbəbdən təcili surətdə səfərbər olunub, Müdafiə Nazirliyi deyir.
 
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, RAF iki Rusiya təyyarəsini "Birləşmiş Krallığın maraq zonasından" çıxanadək müşaiyət edib.
Onlar Birləşmiş Krallığın suveren hava məkanına daxil olmayıb, o əlavə edib.
 
Cornwall yarımadası İngiltərədə yerləşir. Onun şimali sərhədi Kelt Dənizində, cənubi sərhədi isə İngilis Kanalındadır.
Bu arada müdafiə naziri Michael Fallon xəbərdarlıq edib ki, Rusiya Baltik dövlətləri üçün "real təhlükədir".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/43416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR