Azərbaycanda avtomobillər toqquşdu, 4 yaralı

Azərbaycanda avtomobillər toqquşdu, 4 yaralı
10:57 2 Yanvar 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrliyində, Talıstan kəndi ərazisində qeydə alınıb.    
 
Ağdaş sakini, 1971-ci il təvəllüdlü Arif Babayevin idarə etdiyi 10-KO-855 dövlət nömrə nişanlı “VAZ 2110” markalı minik avtomobili qarşı tərəfdən gələn, İsmayıllı sakini, 1987-ci il təvəllüdlü Fariz Ağayevə məxsus 20-CL-379 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və “Opel”dəki 2 nəfər sərnişin, 1988-ci il təvəllüdlü Gülşən Babayeva və 2000-ci il təvəllüdlü Həmid Babayev xəsarət alıblar. Onlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
    
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR