Yeni protokol təsdiqləndi

Yeni protokol təsdiqləndi
21:27 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

IETF (Internet Engineering Task Force) təşkilatı yeni HTTP/2 standartının spesifikasiyasını rəsmən təqdir edib. Bu haqda IETF HTTPBIS işçi qrupunun rəhbəri Mark Nottinhem öz bloqunda yazıb.
 
Yeni HTTP/2 standartı üzərində işlər, demək olar bitib, amma spesifikasiya sonuncu təsdiqlənmə mərhələsini keçməlidir, bundan sonra dərc ediləcək. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, HTTP (Hypertext Transfer Protocol) protokolu müasir internetin əsasını təşkil edir. Bu standart əsasında brauzerlərlə veb-serverlərin qarşılıqlı əlaqəsi həyata keçirilir, nəticədə veb səhifələr görsənir.
 
Qeyd edək ki, sözügedən protokola əvvəlki dəyişikliklər 1999-cu ildə edilib. O vaxt HTTP 1.1 spesifikasiyası təsdiq edilmişdi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR