Aviaşou zamanı qorxulu anlar yaşandı

Aviaşou zamanı qorxulu anlar yaşandı
21:46 19 Fevral 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Banqalor şəhərində aviaşou zamanı tamaşaçılar qorxulu anların şahidi olublar.

ANS PRESS-in məlumatına görə, Çexiyanın Flying Bulls pilotaj qrupunun iki təyyarəsi hava şou göstərərkən az qalıb ki, toqquşsunlar.

Belə ki, təyyarələrin qanadları uçaqkən bir-birinə ilişib və yerə düşmə təhlükəsi yaşanıb. Lakin pilotların peşəkar olması Aero İndia 2015 aviaşousu zamanı qəzadan və ölümdən yan keçilib.

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan da olmayıb. Pilotlar uğurlu eniş həyata keçiriblər.

Qeyd edək ki, Aero İndia 2015 avioşousu fevralın 18-dən başlayıb və 22-dək davam edəcək. Aviaşouda 600-dən çox şirkət iştirak edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR