Çexiyanın Brno şəhərində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb

Çexiyanın Brno şəhərində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb
21:53 19 Fevral 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Praqa, 19 fevral, AzərTAc
Çexiyanın Cənubi Moraviya regionunun mərkəzi, Praqadan sonra ölkənin ikinci şəhəri hesab edilən Brno şəhərində keçmiş SSRİ məkanında (Azərbaycan, Gürcüstan, Litva) azadlıq uğrunda mübarizədə sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilmiş şəhidlərin xatirəsinə həsr edilən fotosərginin açılış mərasimi keçirilib.
Sərgi Azərbaycanın Çexiyadakı səfirliyinin və region qubernatorluğunun dəstəyi, Azərbaycan Tələbələr Şəbəkəsinin (ASN), Litvanın Brnodakı fəxri konsulunun təşkilatçılığı ilə baş tutub.
Region ziyalılarının qatıldığı açılış mərasimində qubernator Mixal Haşek, Azərbaycan, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri, Litvanın fəxri konsulu və ASN-nin üzvləri iştirak ediblər.
Azərbaycan səfirliyinin müşaviri Ə.Əskərov çıxışında 20 Yanvar faciəsi haqqında məlumat verərək, xalqımızın Ulu Öndərinə istinadən müstəqil, demokratik və hüquqi dövlət olan Azərbaycanın şəhidlərimizin xatirəsinə ən böyük abidə olduğunu qeyd edib.
Ə.Əskərov bu dəhşətli hadisədən iki il sonra baş vermiş Xocalı soyqırımı haqqında da tədbir iştirakçılarına məlumat verib. O, sovet qoşunlarının öz vətəndaşlarına qarşı misli görünməmiş qəddarlığını əks etdirən stendlərə şərhlər edib.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiyanin_Brno_seherinde_20_Yanvar_faciesi_ile_bagli_fotosergi_achilib-833539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR