Şəkidə keçirilən maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından danışılıb

Şəkidə keçirilən maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından danışılıb
21:58 19 Fevral 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 19 fevral, Mustafa Dadaşov, AzərTAc
Fevralın 19-da Şəkidə “Narkomaniyaya yox deyək!” devizi ilə növbəti maarifləndirici tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti və Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkil etdiyi tədbirə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının kollektivi, ictimaiyyətin nümayəndələri və ziyalılar qatılıblar.
Bildirilib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliğini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Tədbirdə vurğulanıb ki, əsrin bəlasına çevrilən narkomaniya bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biridir. İnsanları ölümə məhkum edən, genefonda böyük zərbə vuran bu bəşəri bəla ilə mübarizə dünya dövlətlərinin daim diqqət mərkəzində saxlanılır. Bu bəlaya qarşı səmərəli və davamlı mübarizə aparılması məqsədilə bütün səylər birləşdirilir.
Qeyd olunub ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları bu sahədə səmərəli fəaliyyət göstərir.
Tədbirdə Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov və başqaları narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı birgə mübarizə aparılmasının vacibliyini bildiriblər. Bu işdə əmək kollektivlərinin, müəllimlərin, tələbələrin, habelə valideynlərin üzərinə böyük vəzifə və məsuliyyətin düşdüyü xüsusi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_kechirilen_maariflendirici_tedbirde_narkomaniyanin_fesadlarindan_danisilib-833541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR