Əli Xamneyi: İran Qərbin bütün şərtlərini qəbul etsə də ona qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar aradan qalxmayacaq

Əli Xamneyi: İran Qərbin bütün şərtlərini qəbul etsə də ona qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar aradan qalxmayacaq
22:03 19 Fevral 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 19 fevral, AzərTAc
İran İslam Respublikası Qərbin bütün şərtlərini qəbul etsə də ona qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar aradan qalxmayacaq.
Bu fikri İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi İranın Şərqi Azərbaycan vilayətinin ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Ali Rəhbər bildirib ki, sanksiyalar İranın inkişafının qarşısını almaq üçün tətbiq edilib. İran böyük neft və qaz ehtiyatlarına malik olan bir ölkədir. Qərb ölkələrinin isə neft və qaza böyük ehtiyacları var. Ona görə də İran da Qərbə qarşı sanksiya tətbiq edə bilər.
Neftin dünya bazarlarında ucuzlaşmasından və bunun İran iqtisadiyyatına təsirindən danışan Ali Rəhbər deyib ki, ölkə iqtisadiyyatı şaxələnməlidir və dövlət büdcəsi yalnız neft gəlirlərinin deyil, yerli istehsalın və ixrac potensialının artırılması hesabına doldurulmalıdır.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_Xamneyi_Iran_Qerbin_butun_sertlerini_qebul_etse_de_ona_qarsi_tetbiq_edilmis_iqtisadi_sanksiyalar_aradan_qalxmayacaq-833542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR