Cen Psaki gedir

Cen Psaki gedir
22:05 19 Fevral 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Cen Psaki yeni vəzifəyə keçdiyi üçün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi postunu tərk edir.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, Ağ evdən 36 yaşlı Psakinin hamilə olduğu haqda da məlumat verilib. Ağ ev nümayəndəsi Denis Mak Donun sözlərinə görə, Psakinin övladı iyul ayında dünyaya gəlməlidir. O, aprelin 1-dən Ağ evin kommunikasiya direktoru vəzifəsini tutacaq. Psaki bu postda fevralın 5-də istefaya getdiyini bəyan edən Cennifer Palmeri əvəzləyəcək.
 
Psaki Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsində 2013-cü ilin fevral ayında işləyir. O, buna qədər – 2009-2011-ci illərdə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi olub. Barak Obamanın birinci prezidentliyə namizədliyi zamanı onun yanında hərəkət edən mətbuat katibi, sonradan isə Ağ evin mətbuat katibinin müavini işləyib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/44251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR