Murmansk vilayətinin Sputnik qəsəbəsində əsgəri əlbəyaxa döyüş üzrə açıq turnir keçiriləcək

22:13 19 Fevral 2015
67 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Tezliklə Murmansk vilayətinin Sputnik qəsəbəsində əsgəri əlbəyaxa döyüş üzrə açıq turnir keçiriləcək. Ənənəvi turnir Rusiya Qəhrəmanı serjant Vladimir Tataşvilinin xatirəsinə həsr olunur.
Qeyd edək ki, turnirə Murmansk vilayətinin Peçenqsk rayonundan idmançılar qatılacaqlar. Məsələn, Zapolyaryenin “Rinq” boks klubunun dörd idmançısı dəniz piyadaları ilə mübarizə aparacaq.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, yanğınsöndürən və Peçenqsk Uşaq və Gənclər İdman Məktəbinin boks üzrə məşqçisi, həmvətənimiz Ramil Ələsgərov və onun yetirmələri mübarizə əzmlərini nümayiş etdirəcəklər. Ramil jurnalistlərə bildirib ki, onlar artıq bu turnirdə iştirak ediblər və yaxşı nəticələr göstəriblər. Ramil ümid edir ki, onlar bu il də uğurlu çıxış edəcəklər.
Qeyd edək ki, əlbəyaxa döyüş üzrə turnir fevralın 22-də Sputnik qəsəbəsində yerləşən hərbi hissənin bazasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Murmansk_vilayetinin_Sputnik_qesebesinde_esgeri_elbeyaxa_doyus_uzre_achiq_turnir_kechirilecek-833543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR