İnfeksiyalara qarşı 4 QİDA

İnfeksiyalara qarşı 4 QİDA
22:17 19 Fevral 2015
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az tabloid.az-a istinadən bildirir ki, bu 4 qida maddəsi soyuqdəymə, qrip və dodaq uçuqlamasına səbəb olan infeksiyalara qarşı immunitet sistemini gücləndirir.
 
Yumurta sarısı
 
Xolesterin səviyyəsi yüksək olduğu üçün tez-tez yeyilməsi məsləhət görülmür. Lakin yumurta sarısının tərkibindəki yüksək miqdarda zülal, selen və sink immuniteti möhkəmləndirir.
 
Hindqozu yağı
 
Hindqozu yağının tərkibinə lauril turşusu, antimikrobiyal, antifunqal, antibakteriyal və antioksidant daxildir. Hindoqozu yağı qrip, soyuqdəymə, hətta HİV kimi sağlamlıqda ciddi problemlərinə səbəb olan virus və bakteriyalara qarşı istifadə edilir. Tərəvəz bişirərkən içərisinə hindqozu yağı əlavə etmək faydalıdır.
 
Sarımsaq
 
Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. Tərkibindəki allisin maddəsi sarımsağa kəskin qoxu verir. Bu maddənin antibakteriyal və antiviral xüsusiyyətləri mövcuddur. C vitamini ilə qəbul edildiyi zaman daha təsirli olur. Sarımsaq dərmanlara müqavimət göstərən bəzi bakteriya və viruslara qarşı olduqca təsirlidir. Həftədə 2-3 dəfə istehlak edildikdə bağırsaq xərçəngindən qoruduğu ortaya çıxıb.
 
Göbələk
 
Göbələklərin tərkibində bir çox antiviral, antibakteriyal və anti şiş xüsusiyyətli maddələr olur. Bütün göbələklərdə olan beta-qlukanlar isə immunitet sistemini dəstəkləyən və infeksiyalarla döyüşən birləşmələrdir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/43854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR