Bulka paylayan Nuland dəyişdi (VİDEO)

Bulka paylayan Nuland dəyişdi (VİDEO)
22:21 19 Fevral 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birəlşmiş Ştatlarının Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri hələ uzun müddət təhlil olunacaq. Xüsusən də xanım Nulandın Azərbaycan və Ermənistanda etdiyi açıqlamaların bir-birinə ziddiyyət təşkil etməsi.

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Ermənistana səfərinin doğurduğu təəssürat bizə bu mövzuya bir də qayıtmaq imkanı verdi.

Hərçənd bu mövzunu səfərlə birlikdə başa çatmış hesab etmək və nöqtə qoymaq da olardı. Amma Nulandın erməni soyqırım qurbanları abidəsini yad etməsi, bu ölkəni az qala demokratiyanın beşiyi, bizim girovlarımızı isə cinayətkar adlandırması belə bir sualı aktual edir. Əcəba, Nulandın Azərbaycanda ziyarət edəcəyi Şəhidlər xiyabanı yox idimi? Yoxsa biz demokratiyamızı da bu xiyabanda dəfn etmişik, ermənilərsə əksinə, Nulandın Maydanda payladığı bulkalar kimi sağı-sola demokratiya paylayırlar? Və ən maraqlısı, Azərbaycanlı girovları sərhəd pozucusu və cinayətkar adlandıran xanım dolayısıyla bizi bir millət olaraq aşağılamadımı? Bəlkə humanistlik edib girovları buraxın çağırışında ermənilərin alicənablığına işarədən də çox başqa məqamlar vardı? Əlbəttə yanaşmalar müxtəlifdir. Əvvəlcə millət vəkili Rasim Musabəyovu eşidək.

“Ermənistanda desəydi ki, azərbaycanlı girovları buraxın, ona başqa xoşagəlməz suallar verə bilərdilər. Əsas odur ki, deyib ki, girovları buraxın. Buraxarlar lap yaxşı, buraxmazlar bir-iki ermənini tutub özləri kimi rəftar etsək, yalvara-yalvara buraxacaqlar”.

Millət vəkili Zahid Oruc isə düşünür ki, Amerika Azərbaycanla münasibətlərinin pisləşməsi fonunda Azərbaycan-Rusiya münasibətlərinin bundan da irəli getməsini istəmir. O, xanım Nulandın səfərinə də xüsusilə bu prizmadan yanaşır və bir-iki neqativ məqama rəğmən bu səfəri əhəmiyyətli sayır.

“Girovlarımızın vəziyyətinin təsdiqindən asılı olmayaraq hesab edirəm ki, bu çox mühüm bir bəyanat idi. Və yekun olaraq Nulandın regiona səfərini əhəmiyyətili dərəcədə qiymətləndiririk. Azərbaycan 2008-ci ilə qədər Amerika ilə münasibətlərin ən yüksək inkişafında həmişə maraqlı olub. Bu gün də maraq göstərir. Biz balanslı modeldən imtina etməmişik”, – deyə Zahid Oruc bildirib.

Xatırladaq ki, Viktoriya Nuland 25 ildən artıqdır ki, Cənubi Qafqaz da daxil olmaqla bütünlükdə postsovet ölkələrinin tədqiqi ilə məşğuldur. Sonuncu dəfə biz onu Ukrayna hadisələri üzərindən görmüşdük. O vaxt Rusiya mətbuatı xanım Nulandı rəngli inqilabın banilərindən biri kimi qələmə vermişdi.

Siyasi ekspertlər düşünür ki, bu səfər həm də təkcə onun yox, həm də Amerikanın keçmiş postsovet ölkələrində inqilabların bayraqdarı imicini məhv etməyə çalışması baxımından da maraqlı səfər idi.

Mənbə
ANS TV: Ləman Əliəşrəfqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR