Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı

Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı
22:22 19 Fevral 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər.
 
Milli.Az oxu.az-a istinadən bildirir ki, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb. Ərəblərin batmış avtomobili digər “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb. Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış “Mercedes-Benz Gelandewagen AMG63 6x6” markalı avtomobili “MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.
 
Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.
 
Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen AMG 63 6x6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.
 
Xatırladaq ki, ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/43281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR