x
Loading...

Azərbaycan XİN başçısı: “İndi həmsədrlərin üzərinə Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirmək düşür”

Azərbaycan XİN başçısı: “İndi həmsədrlərin üzərinə Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirmək düşür”
22:27 19 Fevral 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+
.

[ 19 Fevral 2015 22:18 ]

"Azərbaycan artıq bu təklifi qəbul edib və işçi qrupu yaratmaq üçün addım-addım iş gedir"

Tiflis. Nizami Məmmədzadə-APA. “Həmsədrlər birmənalı bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsindəki indiki status-kvo qəbuledilməzdir. Sonuncu dəfə Parisdə keçirilmiş görüşdən sonra Fransa prezidenti çıxışında Sülh sazişi üzərində hazırlıq işinin başlamasının vaxtının çatdığını bildirmişdi. Sülh sazişi üzərində işə başlamaq təşəbbüsü ilə Azərbaycan çıxış edib”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.

 

Nazir bildirib ki, həmsədrlər də Azərbaycanın bu təklifini dəstəkləyir, bu prosesə başlamağı təklif edirlər: “Hamı anlayır ki, bu münaqişə ömürlük ola bilməz, Sülh sazişi imzalamaq üçün prosesin bu şəkildə davam etməsi həm çətin, həm də təhlükəlidir. Biz Sülh sazişi üzərində işi altı ay, yaxud bir il ərzində qurtarmalıyıq. Bu təklifi həmsədrlərlə müzakirə edəndən sonra onlar bu mesajla İrəvana getmişdilər. Məndə olan məlumata görə, Ermənistan rəhbərliyi bu qrafikə yox deyib. Mən artıq amerikalı həmsədrlə təmasda olmuşam və o mənə bildirib ki, Ermənistan rəhbərliyi təklifi rədd edib, hər-hansı işçi qrupunun fəaliyyətə başlanmasının, Sülh sazişi üzərində işin başlanmasının əleyhinə çıxış edib. Həmsədrlər də qeyd ediblər ki, bu istiqamətdə iş davam etməlidir. Bu, hamı üçün, eləcə də Ermənistan üçün əlverişlidir. Azərbaycan artıq bu təklifi qəbul edib və işçi qrupu yaratmaq üçün addım-addım iş gedir. İndi həmsədrlərin üzərinə Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirmək düşür”.

 

E. Məmmədyarov qeyd edib ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycan dağıdılmış infrastrukturu bərpa edəcək: “İlk növbədə, Ermənistan hərbçiləri həmin ərazilərdən çıxarılmalı, nəqliyyat, içməli su, infrastruktur məsələləri həll edilməli, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Bu məsələdə BMT-nin rolu böyük olmalıdır. Biz Dünya Bankı ilə də vaxtilə işləmişik və torpaqlarımızı bərpa etmək üçün planlarımız var”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR