x
Loading...

Azərbaycana gətirilən maşınlar azalıb

Azərbaycana gətirilən maşınlar azalıb
22:27 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Aksiz vergisinin dərəcələrinin qaldırılması ilə əlaqədar olaraq idxalın daha da aşağı düşəcəyi gözlənilir
Milli.Az avtosfer.az-a istinadən bildirir ki, Azərbaycana gətirilən maşınların sayı azalmaqda davam edir. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu ilin yanvar ayında ölkəyə 4090 ədəd avtomobil idxal olunub.

Bu ötən ilin yanvar ayı ilə müqayisədə 40%-ə yaxın azalma deməkdir. Ötən ilin yanvar ayında ölkəyə gətirilən maşınların sayı 6477 ədəd olub. 2013-cü ilin 1-ci ayında isə idxal olunan avtomobillərin sayı 7129 ədəd olub. Avtomobil idxalının azalması ölkədə Avro-4 standartına keçid və kreditlərin sərtləşdirilməsi ilə bağlıdır. Eyni zamanda aksiz vergisinin dərəcələrinin qaldırılması ilə əlaqədar olaraq avtomobil idxalının daha da aşağı düşəcəyi gözlənilir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/43144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR