Qələbə estafetinin Murmansk vilayətindən keçən marşrutu başa çatıb

22:28 19 Fevral 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Alman-faşist qoşunlarının darmadağın edilməsinin 70 illiyinə həsr edilmiş Qələbə estafetinin Rusiya Federasiyasının Murmansk vilayətinin Kola yarımadasından keçən marşrutu başa çatıb. Estafet iştirakçıları cəmi bir həftə ərzində təqribən 2 min kilometr məsafə qət ediblər.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, bu müddət ərzində estafet iştirakçıları Zapolyaryenin demək olar bütün qarnizonlarında olublar. Marşrutun Kola yarımadasından keçən hissəsinin son nöqtəsi Murmansk vilayətinin cənubu olub. Kovdor şəhərində, Alakurtti kəndində, qardaşlıq məzarlarında, nə vaxtsa partizan dəstələrinin bazalarının olduğu yerlərdə qoyulmuş xatirə nişanlarının yanında təntənəli mitinqlər keçirilib. Estafet Rusiya-Finlandiya sərhədinin ən uzaq zastavalarına qədər uzanıb.
Qələbə estafeti eyni vaxtda iki marşrut üzrə keçirilir.
Brestdən başlayan birinci marşrut Belarusun sərhəd məntəqələrindən keçdikdən sonra Rusiyanın və Ermənistanın qərb sərhədləri boyu davam edəcək.
Murmanskdan start götürən ikinci marşrutun iştirakçıları Murmansk və Arxangelsk vilayətlərinin, Rusiyanın Arktika sahilləri, Kamçatka diyarı, Saxalin vilayəti, Primorsk, Xabarovsk diyarları və Yəhudi Muxtar Vilayəti, Amur vilayəti, Zabaykalye, Tuva, Altay diyarlarının sərhəd məntəqələri boyunca irəliləyəcək, daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın ərazilərindən keçəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qelebe_estafetinin_Murmansk_vilayetinden_kechen_marsrutu_basa_chatib-833550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR