Müğənni Xuraman Şuşalıya kim sataşır? - FOTO

Müğənni Xuraman Şuşalıya kim sataşır? - FOTO
22:42 19 Fevral 2015
142 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalının avtomobilinə hücum edilib.
 
Milli.Az lent.az-a istinadən bildirir ki, müğənninin dediyinə görə, artıq bununla neçənci dəfədir, maşınına hücum olur:
 
“Artıq bezmişəm. Mütəmadi olaraq naməlum şəxslər avtomobilimə hücum edərək, təkərlərini partladıb, nömrələrini açırlar. Bilmirəm nə edim? Heç kimlə düşmənçiliyim yoxdur. Onsuz da çox yerə getmirəm. Şou-biznesdə heç kimdən şübhələnmirəm. Hələ ki, polisə şikayət etməmişəm. Amma belə davam etsə, məcburam. Keçən dəfə gəlib qapımı da döymüşdülər. Qorxdum, açmadım. Məhəlləmizdə kamera da var, amma qaranlıqda etdiklərinə görə, görmək olmur”
 
Milli.Az


 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/44181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR