Yeni alyans yaranır

Yeni alyans yaranır
22:47 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Sony şirkəti dünyada Ultra HD standartında televiziyanın inkişafının dəstəklənməsi məqsədilə IP Life Consortium alyansı yaratmaq niyyətindədir. Hazırkı mərhələdə təşkilatda dünyanın on iri istehsalçısı, o cümlədən Cisco və Rohde & Schwaz (R&S) şirkətlərinin iştirakı nəzərdə tutulur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, alyans əsas diqqəti Ultra HD formatlı İP yayım texnologiyasına yönəldəcək. Şirkətlər birlikdə Ultra HD avadanlığının və onun mövcud sistemlərə inteqrasiyası üzrə xidmətlərinin qiymətinin azalmasına zəmin yaradacaq ki, bu da öz növbəsində Ultra HD formatlı televiziya yayımının dünyada populyarlaşmasına xidmət edəcək.
 
Sony konsorsiumda baş rollardan birini oynamaq niyyətindədir. Şirkət artıq müvafiq texnologiyalara, aparatura və proqram təminatına malikdir. IP Life Consortium bu il Ultra HD televiziya yayımı ilə əlaqədar İT infrastrukturunda istifadə ediləcək avadanlığın standartlarını müəyyənləşdirəcək.
 
Alyans artıq cari ildə maraqlı şirkətlərə və TV layihələrinə lazımi avadanlığın seçimi və satın alınması işində kömək etməyə başlamağa hazırlaşır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR