Həzrət Mehdi və İsa Məsih eyni şəxsdirmi?

Həzrət Mehdi və İsa Məsih eyni şəxsdirmi?
22:52 19 Fevral 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət İmam Mehdi (ə) ilə Həzrət İsa Peyğəmbər (ə) ayrı-ayrı şəxsiyyətlərdir. İsa Məsih (ə) miladi I əsrdə yaşamış peyğəmbərdir. Mehdi (ə) isə şiələrin XII imamıdır, XI imamın oğludur, 12 əsrə yaxındır ki, qeybə çəkilib, yəni gözlərdən gizlidir. Dünyanın sonuna yaxın Həzrət Mehdi (ə) zühur edəcək, dünyanı doldurmuş zülmün kökünü kəsəcək və ədalətli dövlət quracaq.

Bu işdə Həzrət İsa (ə) ona yardım edəcək. Həzrət İsa (ə) müsəlman inancına görə, onu öldürmək istəyən yəhudilərin əlindən xilas olaraq, Allah tərəfindən səmaya qaldırılıb və hal-hazırda diridir. O, Həzrət Mehdinin (ə) imamlığı ilə namaz qılacaq və insanların haqq yola gətirilməsində o həzrətə yaxından kömək göstərəcək. Bəziləri bu iki şəxsiyyətin eyni olduğunu söyləsələr də, bu fikir doğru deyildir və səhih hədislərlə ziddiyyət təşkil edir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR