Əsədovdan acı etiraf: "Qarabağ"..."

Əsədovdan acı etiraf: "Qarabağ"..."
23:11 19 Fevral 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

Arif Əsədov "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, “Neftçi”nin baş məşqçisi rəqibin güclü olduğunu deyib:

"Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik".

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futolçuları və azarkeşləri təbrik edib:

“Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı oynamaq, bu arenada oynamaq çox xoşdu. Əsl futbol abu-havası gördük. Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR