Qadınlar ayrı-seçkilikdən şikayətlənir

Qadınlar ayrı-seçkilikdən şikayətlənir
23:12 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

İnformasiya texnologiyaları (İT) sahəsində çalışan qadınların dörddə bir hissəsi sahədəki mövcud ayrı-seçkilikdən şikayət edərək heç vaxt rəhbər vəzifə tuta bilməyəcəyini hesab edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, O2 şirkəti tərəfindən keçirilən sorğuda rəyi soruşulanların yarısı bildirib ki, şirkətlərdə ümumiyyətlə qadın menecerlərin sayı yetərli qədər deyil, üçdə iki hissəsi isə bütün vacib qərarların kişilər tərəfindən qəbul olunmasına əminliyini ifadə edib. Maraqlıdır ki, hamı şirkətləri adi vəzifələri süni şəkildə qadınlarla doldurmaqla gender bərabərliyinə əməl olunması görüntüsü yaratmaqlarına görə tənqid edir.
 
O2 Britaniyanın CIPD Peşə İnkişafı İnstitutu ilə birlikdə məqsədi 2020-ci ilədək İT sahəsində çalışan qadınların rəhbər vəzifələrdə payının ən azı 20 faiz səviyyəsinə çatdırılması olan proqramın hazırlanması ilə məşğuldur. 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR