Balakəndə saxlandı, tapança və narkotik maddə tapıldı

Balakəndə saxlandı, tapança və narkotik maddə tapıldı
23:12 19 Fevral 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə Gürcüstan Respublikasının vətəndaşından narkotik maddə və tapança götürülüb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Balakən rayon Polis Şöbəsindən Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliiyat-axtarış tədbiri keçirib.
 
Tədbir nəticəsində 1971-ci ildə Gürcüstan Respublikasının Loqodexi rayonunda anadan olan, hazırda Balakən şəhəri, Xalqlar dostluğu küçəsi ev 3 ünvanında yaşayan Ziyadxan Cəlal oğlu Əllazov Balakən şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Ziyadxan Əllazovun üzərinə baxış zamanı ondan 1,5 qram çəkidə narkotik vasitə hesab olunan tiryək və bir ədəd baraban tipli tapança aşkar olunaraq götürülüb. Ziyadxan Əllazovun yaşadığı evdə aparılan əməliyyat zamanı 2,3 qram civə maddəsi aşkar olunaraq götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa verilib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/44126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR