Qardan müqəvva düzəltmək üzrə - DÜNYA REKORDU

Qardan müqəvva düzəltmək üzrə - DÜNYA REKORDU
23:12 19 Fevral 2015
264 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyada 1 saat içində rekord sayda qar adamı müqəvvalları hazırlanaraq bu sahədə dünya rekordu təzələnib.
Rekord sayda qar müqəvvəlarının hazırlanmasında 600-dən çox adam iştirak edib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, "Guinness World Records" komissiyası yeni rekord kimi 1 saat ərazində 1585 qar adamının hazırlanması nəticəsini rəsmən təsdiqləyib.
 
Tədbir Tokiodan şimal-qərbdə yerləşən İiyama şəhərində keçirilib, Kyodo agentliyi xəbər verib.
Rekordun Guinness komitəsi tərəfindən qeydə alınması üçün qardan düzəldilmiş hər bir müqqəvanın boyu azı 91 sm, sifət hissəsində mimika ifadəsi və digər bu kimi şərtlər yerinə yetirilməli idi.
 
Qar adamı müqəvvasının hazırlanmasında alətlərdən istifadə etmək qadağan olunur.
Qar heyləltaşları yaradıcılıqlarını yağan qar altında davam etdiriblər.
 
Guinness komitəsi İiyama şəhərində yaponiyalı iştirakçıların əvvəlki 1279 müqəvvadan ibarət rekordu vurduqlarını təsdiqləyib.
Həmin rekord nəticəyə 2011-ci ildə ABŞ-da 350 iştirakçı nail ola bilib.
 
Bu ayın əvvəlində Kanadanın Ottava şəhərində yüzlərlə insan 1 saat ərzində 1299 qar adamı müqqəvvası hazırlayaraq 2011-ci ilin rekordunu təzələdiklərini iddia etmişdilər.
 
Lakin həmin nəticə rəsmi təsdiq almadığından İiyamada qeydə alınan nəticə yeni rekord kimi tanınıb.
İiyama şəhəri Nagano prefekturasının dağlıq ərazisində yerləşir, hər il burada güclü qar yağır.
 
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR