Ermənistan hakimiyyəti işğala son qoymalı və qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır

Ermənistan hakimiyyəti işğala son qoymalı və qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır
23:18 19 Fevral 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 19 fevral, AzərTAc
Azərbaycan bütün ölkələrlə, eləcə də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Bütün dövlətlərlə dostluq şəraitində yaşamaq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Amma əfsus ki, qonşu Ermənistan dövləti bu yolla getmək istəmir. Bununla da özünü bir çox layihələrdən kənarda qoyur və inkişafdan qalır.
AzərTAc xəbər verir ki, bu fikirləri Tbilisidə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
Nazir deyib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Gürcüstandan keçən layihələr qlobal xarakter daşıyır. Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər bu layihələrdə yer almayacaq. Ermənistan hakimiyyəti ilk növbədə işğala son qoymalı, qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır.
“İnanıram ki, gec-tez bu məsələ öz ədalətli həllini tapacaq. Ermənistanda hakimiyyətə elə qüvvələr gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaq, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar" – deyə E.Məmmədyarov vurğulayıb.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_hakimiyyeti_isgala_son_qoymali_ve_qonsu_olkelerle_normal_dilde_danismagi_bacarmalidir-833553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR