Putin prezidenti qorxutdu

Putin prezidenti qorxutdu
23:21 19 Fevral 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Alyaksandr Lukaşenko ölkəsinin NATO ilə danışıqlara hazır olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, bu haqda ölkə lideri hərbçilərlə görüşdə deyib.

Lukaşenko bu gün yüksək rütbəli hərbçilərlə görüşdə Belarusun suveren bir dövlət kimi NATO ilə bərabər və şəffaf prinsiplər əsasında əməli dialoqa açıq olduğunu qeyd edib.

Lukaşenko qeyd edib ki, bizim NATO ilə xeyli birgə məsələlərimiz var və birgə iş Belarusun maraqlarını tam təmin edir.

Prezident bildirib ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlar göstərir ki, Belarusa öz milli maraqları, müstəqillik və suverenliyini qoruya bilən ordu lazımdır.

Lukaşenko 2020-ci ilədək silahlı qüvvələrin təkmilləşdirilməsinə əlavə vəsait ayrılacağını bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR