Mobil bazarda artım gözlənilir

Mobil bazarda artım gözlənilir
23:42 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

2013-cü ildə həcmi 16,97 milyard dollar qiymətləndirilən dünya mobil əlavələr bazarında yaxın beş il ərzində illik artım orta hesabla 16,2 faiz olacaq və 2020-ci ilədək 54,89 milyard dollarlıq həcmə çatacaq. Bu barədə Transparency Market Research analitik şirkətinin proqnozunda deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, regional baxımdan Şimali Amerika 2013-cü ildə ən dinamik inkişaf edən bazar olsa da, növbəti beş ildə onun yerini Asiya-Sakit okean regionu tutacaq ki, bu da regionda smartfonların yüksək nüfuzetmə səviyyəsi ilə əlaqədardır. Analitiklər Çin, Hindistan, Cənubi Koreya və bir sıra digər ölkələrdə mobil əlavələrə tələbatın artacağını proqnozlaşdırırlar.
 
Mobil əlavələr bazarının gələcək inkişafına ilk növbədə dünyada smartfonların geniş yayılması xidmət edir. Yüksək texniki xüsusiyyətlərə malik qurğuların bazara çıxarılması bundan sonra da onlara tələbatı stimullaşdıracaq. Bu, ilk növbədə mobil əlavələrin hazırlanmasına təkan verəcək. Bundan başqa, müsbət amillər sırasında qabaqcıl texnologiyaların mobil internet sahəsində tətbiqi və qlobal internet xidmətlərinin yayılması sadalanıb.
 
Mütəxəssislər mobil əlavələrin daha populyar növü kimi oyunları və əyləncəli proqramları qeyd edirlər. 2013-cü ildə onların bazar payı 40 faizə yaxın olub.
 
Tədqiqatda həmçinin aparıcı mobil əlavə tərtibatçılarının adı çəkilib. Onların sırasında Apple, Google, Blackberry, QBurst, Sourcebits, Softeq, WillowTree Apps, Microsoft, Handmark, OpenXcell Tehnolabs, Y Media Labs və digər şirkətlər yer alıb. 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR