Yeni "Ayrılsak da beraberiz"in baş rolları məlum oldu - foto

Yeni "Ayrılsak da beraberiz"in baş rolları məlum oldu - foto
23:46 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

1999-2004-cü illər arasında TRT-də yayımlanmağa başlayan "Ayrılsak da beraberiz" ("Ayrılsaq da bərabərik") serialı ekranlara dönür.

Axşam.az-ın diziler.com-a istinadən məlumatına görə, "MinT Yapım"ın sahibi Birol Güvenin çəkdiyi yeni variant TV8-də yayımlanacaq.

Serialda baş rollarda "Öyle bir geçer zaman", "Kayıp" və "Benim adım Gültepe" kimi ekran işlərində oynayan aktyor Mete Horozğlu və aktrisa Algı Eke çəkiləcək.

AktrisalarHatice Aslan və Suzan Kardeş də qəhrəmanların analarını canlandıracaqlar. Serialda həmçinin Deniz Oral rol alacaq.
 
Qeyd edək ki, yeni "Ayrılsak da beraberiz"in çəkilişləri yanvarın 31-dən etibarən başlayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR