Azərbaycanda qızı oğurlayan şəxs danışdı (VİDEO)

Azərbaycanda qızı oğurlayan şəxs danışdı (VİDEO)
23:51 19 Fevral 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada məktəbli qız qaçırılıb. Valideynlərinin şikayəti əsasında müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat zamanı məktəbli yarımtikilidə aşkarlanıb. Qaçırılan qızın 6 saat qolu bağlı saxlandığı məlum olub.

ANS TV-nin məlumatına görə, hadisə fevralın 18-i baş verib. Ali məktəbə hazırlaşan 11-ci sinif şagirdi hazırlıqdan qayıdarkən Qubanın Hacıhüseynli kənd sakini ,27 yaşlı Zaur Misirxanov tərəfindən hücuma məruz qalıb. Həmin şəxs məktəbli qızın ağzını bağlayaraq qaçırıb və yaxınlıqdakı yarımtikilidə qolu bağlı halda düz 6 saat saxlayıb.

Ailənin yerli polisə məlumatından dərhal sonra Quba Polis Şöbəsinin əməliyyatçıları məktəblini həmin yerdən xilas edərək təhvil veriblər. Zaur Misirxanov isə saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxs Zaur Misirxanov: "Qız məni istəmir deyə onu qaçırmışam".

Quba Polis Şöbəsinnin istintaq bölməsində Zaur Misirxanov barəsində adam oğurluğu maddəsilə cinayət işi açılıb. Məktəbli qızı qaçırdığına görə onu 7-8 il azadlıqdan məhrumetme cəzası gözləyir.

Mənbə
ANS TV: Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR