Google Chrome-da 71 boşluq tapıldı

Google Chrome-da 71 boşluq tapıldı
23:52 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Secunia informasiya təhlükəsizliyi şirkətinin statistikasına əsasən, Google Chrome brauzerində 71 təhlükəsizlik problemi müəyyən olunub. Brauzer bu göstərici ilə 2015-ci ilin yanvarında aşkar olunan boşluqların sayına görə birinci yeri tutub.
 
2014-cü ildə boşluqların aşkarlanmasına görə mükafatların ödənilməsi üzrə proqram çərçivəsində Google şirkəti 1,5 milyon dollardan çox vəsait xərcləyib. Məhz verilən pul mükafatları mütəxəssislər tərəfindən Google Chrome brauzerinə göstərilən xüsusi marağı izah edə bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Secunia şirkətinin statistikasında həmçinin yanvarda və fevralın əvvəlində aktiv istifadə olunan Flash Player pleyerinin üç boşluğu yer alıb. Boşluqlar Mozilla Firefox və Internet Explorer brauzerlərinin işinə qarşı yönəlib.
 
Boşluqlar üzrə ilk iyirmiliyə 19 boşluğun aşkar edildiyi Oracle Java JRE və SDK proqram təminatları daxil olub. Boşluqların sayına görə sonrakı yerlərdə Mozilla Firefox brauzeri (16 problem), Oracle VirtualBox (13) və Adobe Flash Player (12) qərarlaşıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR