Rusiya Baltika üçün gerçək təhlükədir

Rusiya Baltika üçün gerçək təhlükədir
23:57 19 Fevral 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya müdafiə naziri Michael Fallon Rusiyanın Baltik dövlətləri - Latviya, Litva və Estoniya - üçün "gerçək təhlükə" olduğunu qeyd edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, The Times və Daily Telegraph qəzetləri əməkdaşlarına danışan Michael Fallon, Rusiya prezidenti Vladimir Putin tərəfindən NATO üzvü olan keçmiş sovet respublikalarına göstərilən təzyiqdən narahat olduğunu bildirib.
 
Britaniya rəsmisinin fikrincə, Rusiya Ukraynada istifadə etdiyi üsuldan Baltik dövlətlərinə qarşı da istifadə edə bilər.
O, Moskvanın Krım və Ukraynada istifadə edilən xəlvəti taktikadan Baltik dövlətlərinə qarşı da istifadə edə biləcəyindən, NATO-nu sınağa çəkməsindən narahat olduğunu vurğulayıb.
 
Michael Fallon hesab edir ki, NATO Rusiyanın "hansı formada olursa olsun təcavüzünə" hazır olmalıdır.
Britaniya Müdafiə katibinin bəyanatından əvvəl Baş nazir David Cameron Rusiyanın Ukraynada həyata keçirdiyi siyasətlə bağlı Avropaya çağırış etmişdi.
Baş nazirin qənaətincə, Rusiyaya anladılmalıdır kı, Ukraynanın sabitliyini pozmaqdan əl çəkməsə, uzun müddət ərzində bunun iqtisadi və maliyyə fəsadlarnı hiss etməli olacaq.
 
Rəsmi Moskva rusiyapərəst separatçılara yardım göstərməsi barədə ittihamları rədd edir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/44111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR