Azərbaycanda məktəbli qızı qaçıran danışdı

Azərbaycanda məktəbli qızı qaçıran danışdı
00:05 20 Fevral 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Qubada məktəbli qız qaçırılıb. Valideynlərinin şikayəti əsasında müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat zamanı məktəbli yarımtikilidə aşkarlanıb. Qaçırılan qızın 6 saat qolu bağlı saxlandığı məlum olub.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə fevralın 18-i baş verib. Ali məktəbə hazırlaşan 11-ci sinif şagirdi hazırlıqdan qayıdarkən Qubanın Hacıhüseynli kənd sakini ,27 yaşlı Zaur Misirxanov tərəfindən hücuma məruz qalıb. Həmin şəxs məktəbli qızın ağzını bağlayaraq qaçırıb və yaxınlıqdakı yarımtikilidə qolu bağlı halda düz 6 saat saxlayıb.
 
Ailənin yerli polisə məlumatından dərhal sonra Quba Polis Şöbəsinin əməliyyatçıları məktəblini həmin yerdən xilas edərək təhvil veriblər. Zaur Misirxanov isə saxlanılaraq şöbəyə gətirilib.
 
Saxlanılan şəxs Zaur Misirxanov: "Qız məni istəmir deyə onu qaçırmışam".
 
Quba Polis Şöbəsinnin istintaq bölməsində Zaur Misirxanov barəsində adam oğurluğu maddəsilə cinayət işi açılıb. Məktəbli qızı qaçırdığına görə onu 7-8 il azadlıqdan məhrumetme cəzası gözləyir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/42683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR