Masallıda aptek yanıb

00:07 20 Fevral 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Fevral 2015 23:52 ]


Masallı. Ağəddin Babayev – APA. Masallıda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-da saat 21.00 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.  İlkin hesablamalara görə, aptekin sahibi olan Əhməd Rüstəm oğlu Zamanova 15-20 min manat məbləğində maddi ziyan dəyib.

 

Hadisənin başvermə səbəbləri aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR