Rəşad Sadiqovla Serxio Aqueronu nə birləşdirir? (FOTO)

Rəşad Sadiqovla Serxio Aqueronu nə birləşdirir? (FOTO)
00:16 20 Fevral 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Rəşad Sadiqov geydiyi butsların rənglərinin fərqli olması ilə digər komanda yoldaşlarından seçilir. ANS PRESS-in məlumatına görə,"Qəbələ İK" qəzeti futbolda tez-tez rast gəlinməyən bu hala aydınlıq gətirmək üçün futbolçuya muraciət edib.

Fərqli rəngli idman ayaqqabıları geyməkdə futbolçunun məqsədi heç də diqqət mərkəzinə düşmək deyilmiş. Sadiqov indiki butslarının rənginindeyil, komfortunun onu cəlb etdiyini söyləyib: "Futbolçunun istifadə etdiyi idman geyimləri arasında ən vacibi butsdur. Ayağındakı buts rahat deyilsə, meydanda özünü inamlı hiss etmir, istədiyin oyunu göstərə bilmirsən. Butslarım dünyaca məşhur “Puma” firmasının istehsalıdı. Bir çox tanınmış futbolçular, o cümlədən, məşhur hücumçu, Argentina millisinin üzvü Serxio Aquero da belə butslarda oynayır. Yəqin ki, “Puma” fərqlənmək üçün bu cür qeyri-adi idman ayaqqabıları buraxıb. İlk dəfədi bu firmadan geyinirəm. Butslarım yüngüldü, çox yumşaqdı. Üstəlik, üstü kaprondu, yağışda su keçirmir. Buna görə də yağmurlu havada canına su çəkib ağırlaşmır. Həm də sürüşkən meydançada problemim olmur”.

Yarımmüdafiəçinin sözlərinə görə, fərqli rəngli butslarda oynayarkən diqqət mərkəzində olması onu narahat etmir: “Ola bilər ki, rəngli butslarım azarkeşlərin diqqətini çəksin və onlarda sual yaratsın. Bu butsları hələ “Xəzər Lənkəran”da çıxış edərkən alsam da, istifadə etməmişdim. Mövsümün ilk yarısında havalar əlverişli olduğundan butsları geyinmədim. Görünür, qismət belə imiş ki, yeni butslarımla “Qəbələ”də oynayım. İstərdim uğurlu olsun. Açığı, geyimlərin düşərli olub-olmaması barədə deyilənlərə inanmıram. İlk növbədə yaxşı oynamağa çalışmalıyıq. Futbolçu üçün əsas budu".

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR