Dəhşətli qəzanın görüntüləri (VİDEO)

Dəhşətli qəzanın görüntüləri (VİDEO)
11:16 2 Yanvar 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

31 dekabrda Salyanda baş verən və 3 nəfərin ölümünə, 1 nəfərin ağır yaralanması ilə nəticələnən dəhşətli qəzanın görüntüləri yayılıb.

Minik avtomobili tanınmaz hala düşüb, 3 nəfər dünyasını dəyişib. Ağır qəza Ələt-Astara magistralının Salyanın Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.Salyan sakini,25 yaşlı Orxan Nəzərov idarə etdiyi minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil yolun kənarına aşıb.Avtomobil bir-neçə dəfə yuvarlanaraq tanınmaz hala düşüb.

Sürücü və həmyerlisi 29 yaşlı Ramin Sadıqov hadisə yerində dünyasını dəyişib. Sərnişinlər-28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.Həkimlərin səyinə baxmayaraq İlkin İmanovun bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə normaldır.

Faktla bağlı cinayət işi başlanıb,araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=317442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR