Nikkey indeksi son 14 il 9 ayda rekord yüksək həddə çatıb

Nikkey indeksi son 14 il 9 ayda rekord yüksək həddə çatıb
00:23 20 Fevral 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 20 fevral, AzərTAc 
Fevralın 19-da Tokio Fond Birjasında Nikkey indeksi 18.300 bənd həddini keçib. Bu, 2000-ci ilin mayından bəri ən yüksək göstəricidir.
Həmin gün hərracların sonunda Nikkey indeksi 18.264 bəndinə çatıb ki, bu da bir gün əvvəlki səviyyədən 65 bənd çoxdur. Eyni zamanda Nikkey indeksinin hərracların sonunda 14 il doqquz ayda qalxdığı ən yüksək həddir.
Səhmlərin daha geniş spektrini əhatə edən TOPİX indeksi də 12 bənd qalxıb. Hərracların sonunda bu indeks 1.494 bənd təşkil edib.
Bazar mənbələrinin bildirdiyinə görə, korporasiyaların böyük miqdarda mənfəət əldə etməsi bazardakı əhval-ruhiyyəyə xoş təsir göstərib. Həmin mənbələr həmçinin qeyd ediblər ki, cari ilin yazında əmək haqlarının gözlənilən artımı istehlak xərclərinin də çoxalmasına səbəb olacaq.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nikkey_indeksi_son_14_il_9_ayda_rekord_yuksek_hedde_chatib-833554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR